İranda müəmmalı tapıntı - RZA ŞAH PƏHLƏVİNİN MUMİYASI AŞKARLANDI
26
apr
2018
15:50
"Tehran yaxınlığında tapılan mumiya böyük ehtimalla Rza şaha aiddir".APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu açıqlamanı Rza şah Pəhləvinin ailəsi verib.Mumiya bazar ertəsi günü İran paytaxtının cənubundakı Şah Reydəki bir türbənin inşaatı zamanı aşkarlanıb. Rza şahın bu yerdəki məzarı 1979-cu il İran İslam İnqilabı zamanı dağıdılsa da, meyiti tapılmamışdı. ABŞ-da yaşayan Rza şahın nəvəsi Rza Pəhləvi mumiyanın böyük ehtimalla babasına aid olduğunu deyib. Babası ilə eyni adı daşıyan Pəhləvi İran rəsmilərinə müraciət edərək ailəsi tərəfindən etibar olunan tibb mütəxəssislərinə mumiyanın öyrənilməsi və daha sonra qaydalara uyğun şəkildə İranda dəfn olunmasına icazə verilməsini istəyib.Tehran Mədəni Miras Komitəsinin sədri də mumiyanın Rza şah Pəhləviyə aid olmasının ehtimal daxilində olduğunu deyib.Qeyd edək ki, Rza şah 1925-ci ildə İranda çevriliş edərək Qacarları taxtdan endirib. O, 1925-1941-ci illərdə şahlıq edib. II Dünya Müharibəsi başlayanda apardığı Almaniya siyasətinə görə taxtdan salınıb, yerinə oğlu Məhəmməd Rza hakimiyyətə gətirilib. Rza şah 1944-cü ildə sürgündə yaşadığı Cənubi Afrikada ölüb. Misirdə mumiyalanan cənazəsi illər sonra İrana gətirilərək dəfn edilib. Mavzoleyi 1979-cu ildə dağıdılıb.BAKU.WS
Oxşar xəbərlər
İran xarici ticarətdə dollardan imtina edir
Cari ildən başlayaraq İran xarici ticarəti yalnız avro ilə aparacaq.İranın Mərkəzi Bankının sədri Vəliyullah Seyfi bu barədə açıqlamasında bildirib ki, həyata k...