Muxtar Babayev Adel əl-Cubeyrlə COP29-un nəticələrini və "yaşıl enerji"yə investisiyaları müzakirə edib

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Davosda Dünya İqtisadi Forumunun kuluarlarında Səudiyyə Ərəbistanının xarici işlər naziri və iqlim məsələləri üzrə elçisi Adel ibn Əhməd əl-Cubeyrlə görüşüb.
Bu barədə BAKU.WS COP29 sədrliyinin sosial şəbəkələrdəki paylaşımına istinadən məlumat verib.
Söhbət zamanı tərəflər Bakıda keçirilmiş COP29-un nəticələrini və hər iki ölkənin bərpa olunan enerjiyə investisiyaların artırılması planlarını müzakirə ediblər.
Qeyd edək ki, M.Babayev İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda iştirak edir. Forum bu il yanvarın 20-dən 24-dək davam edəcək.
Oxşar xəbərlər
Heydər Əliyev Fondu ilə Vatikan Apostol Kitabxanası və Apostol Arxivi arasında memorandum imzalanıb
Heydər Əliyev Fondu, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Vatikan Apostol Kitabxanası və Apostol Arxivi arasında anlaşma memorandumu imzalanıb. BAKU.W...
