Ermənistan Qarabağdan könüllü çıxmaq niyyətində deyildi - RƏY
"Qarabağ məsələsi ilə bağlı yeganə bir həqiqət var ki, əgər Azərbaycan Liderinin qətiyyəti, Azərbaycan xalqının torpaq sevgisi olmasaydı, Ermənistan heç bir halda torpaqlarımızdan çıxmayacaqdı. Əgər bunun əksini göstərən xırda bir arqument belə olsaydı Vətən müharibəsindən sonra kapitulyasiya aktına imza çəkən Nikol Paşinyan hakimiyyəti qondarma rejimi maliyyələşdirməz, oraya hər cür dəstək verməz və yaxud da təbrik məktubları göndərməzdi".
Bunu BAKU.WS-ə açıqlamasında Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirib.
Onun sözlərinə görə, bu fikrin özünü də gücləndirən bir neçə arqument var:
"Bu arqumentlər ondan ibarətdir ki, ATƏT-in Minsk Qrupu, bu təşkilatı himayə edən tərəflər olmasaydı, Azərbaycan çoxdan öz həqiqətini reallaşdırmağı bacarmışdı. Həmin bu himayədarlar Ermənistanın törətmiş olduğu bəşəriyyət əleyhinə cinayətlərə, hərbi cinayətlərə bəraət qazandırırdılar.
Bir digər amil də var. Şübhəsiz ki, Ruben Vardanyanın bölgəyə gəlişi də planlı idi, bundan bir çox tərəfin də, Nikol Paşinyanın da xəbəri var idi.
Ermənistan əgər bu məsələni həll etmək istəsə idi, Nikol Paşinyan "Qarabağ Ermənistandır və nöqtə" fikrini səsləndirməzdi. Buna görə də Azərbaycan məhz Ermənistan ordusunun qalıqlarının təxribatlarına cavab olaraq "Fərrux" və "Qisas" əməliyyatları keçirməyə məcbur qaldı. Çünki Azərbaycan Lideri bölgədə separatizmi kökündən məhv etmək istəyirdi. Bu məsələni tamamilə tarixə qovuşdurmaq istiqamətində çalışırdı. Müharibədən sonra məğlub olmuş Ermənistan prosesləri öz prizmasından yenidən beynəlxalq müstəviyə çıxartmağa çalışır, bu istiqamətdə yalan üzərində qurulmuş addımlar atırdı".
Politoloq əlavə edib ki, Azərbaycan illər ərzində münaqişənin sülh yolu ilə həllinə çalışdı:
"Son ana qədər də danışıqlar prosesinə sadiq qaldıq. Lakin təəssüflər olsun ki, bölgədə vəziyyəti öz xeyrinə dəyişmək istəyən qüvvələr var idi. Azərbaycan isə bütün bu əməllərin üzərindən xətt çəkdi. "Yeni müharibə, yeni ərazilər" formulu tamamilə tarixə qovuşdu. Məhz bunlar göstərir ki, Azərbaycan torpaqlarını işğal altında tutmaq istəyirlər. Qanunsuz formada köç həyata keçirilməsi də növbəti addımlardan biri idi. Yaxın Şərqdən gələn erməniəsilli şəxslər işğal edilmiş ərazilərimizdə yerləşdirilirdi. Bu prosesə böyük dövlətlər, böyük güclər dəstək verirdilər. Bununla da işğalı legitimləşdirmək, torpağımızı bizə unutdurmaq istəyirdilər. Bütün bunlara görə də biz Zəfərimizin mahiyyətini dərindən dərk etməliyik. Tariximizə sahib çıxmalıyıq, onu məhz unutmadan gələcəyə baxmalıyıq".
Orxan Hüseyn
Oxşar xəbərlər
Özbəkistan hərbçiləri Qarabağda
Özbəkistan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti "Birliyin Gücü - 2026" birgə hərbi təlimində iştirak etmək üçün Azərbaycan Respublikasına gəlib. BAKU....