Müdafiə Nazirliyindən Ermənistanın təxribatı ilə bağlı açıqlama
22
apr
2018
11:59
Ermənistan mətbuatında guya qoşunların təmas xəttinə yaxın ərazilərdə Azərbaycan Ordusunun canlı qüvvə və döyüş texnikasının aktiv hərəkəti barədə yayılan məlumatla bağlı Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən sorğuya cavab bildiriblər.BAKU.WS Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bu məlumatlar həqiqəti əks etdirmir.“Son günlər Ermənistanda güclənən kütləvi xalq etirazlarından ictimaiyyətin diqqətini yayındırmaq məqsədilə kriminal hərbi-siyasi rejim bu cür çirkin yalan və təxribat xarakterli müxtəlif məlumatlar yayır”, - deyə Müdafiə Nazirliyinin məlumatında qeyd edilir.BAKU.WS
Oxşar xəbərlər
Müdafiə Nazirliyi bəyanat yaydı
Azərbaycanın Müdafiə Nazirliyi bəyanat yayıb.Nazirlikdən BAKU.WS-ə daxil olan bəyanatda deyilir: "Son günlər Ermənistan mətbuatı ölkənin rəsmi qurumlarına istin...