MSK-dan Mehman Hüseynov və Ülvi Həsənova RƏSMİ XƏBƏRDARLIQ
Mərkəzi Seçki Komissiyası (MSK) bloger Mehman Hüseynovun seçicilərin deputatlığa namizəd Kəmaləddin Qafarovu tanımadığı iddiası ilə hazırladığı videogörüntüyə münasibət bildirib.
BAKU.WS secki-2020.az-a istinadən xəbər verir ki, bu barədə MSK-nın bu gün keçirilən iclasında K.Qafarovun səlahiyyətli nümayəndəsi Sevinc Abdullayevanın müraciətinə baxılıb və müraciət əsasında müzakirələr aparılıb.
MSK üzvü Qabil Orucov bildirib ki, 9 saylı Binəqədi ikinci seçki dairəsindən deputatlığa namizəd Ülvi Həsənovun səlahiyyətli nümayəndəsi Mehman Hüseynov blogerlik fəaliyyəti adı altında Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən həmin dairədən deputatlığa namizədliyi irəli sürülmüş Kəmaləddin Qafarova qarşı hər cür kampaniya aparmağa çalışır.
Qeyd olunub ki, M.Hüseynovun özü də namizəd olduğu halda digər namizəd haqqında belə bir kampaniya aparması yolverilməzdir.
Belə ki, Ü.Həsənovun səlahiyyətli nümayəndəsi M.Hüseynovun seçicilərin deputatlığa namizəd Kəmaləddin Qafarovu tanımadığı iddiası ilə hazırladığı videogörüntü müzakirə olunub və MSK Ü.Həsənov və M.Hüseynova xəbərdarlıq olunması ilə bağlı qərar qəbul edib.
Oxşar xəbərlər
Deputatlığa namizəd Ülvi Quliyev seçiciləri ilə görüşüb - VİDEO
Göstərilən etimad, verilən səslər sayəsində 3, 4 və 5-ci çağırışlarda deputat seçilən və yaşadığı dairədən yenidən namizədliyi irəli sürülən Ülvi Quliyev ötən s...