Deputatlığa namizəd Zaur Darabzadə autizmli uşaqlarla görüşüb - FOTO

23 saylı Nəsimi-Səbail seçki dairəsindən namizədliyi qeydə alınan “CinemaPlus” kinoteatrlar şəbəkəsinin İdarə Heyətinin üzvü Zaur Darabzadə autizmli uşaqlarla görüşüb.
O, bu barədə sosial şəbəkələrdəki səhifəsində yazıb.
“Bu günlərdə autizmi olan fərqli və istedadlı uşaqlarla görüşdük. Hesab edirəm ki, bu uşaqların hər birinə xüsusi qayğı və diqqət göstərilməlidir.
Valideynlər, ətraf mühit onların inkişafına mane olmamalıdır. Mərkəzdə autizmli uşaqların intellektual inkişafı üçün imkanlar mövcuddur. Onlar bizim gələcəyimizdir. Gələcəyimizi qorumalıyıq!”, - namizəd əlavə edib. Görüşdə namizəd xalq artisti Tünzalə Ağayeva və uşaqlarla birlikdə mahnı oxuyub.
Qalereya

Oxşar xəbərlər
Deputatlığa namizəd Emin Hacıyev Yeni Azərbaycan Partiyasına və seçiciyə güvənir - VİDEO
43 saylı üçüncü seçki dairəsindən Yeni Azərbaycan Partiyasının Milli Məclisə deputatlığa namizədi Emin Hacıyev artıq bir aya yaxındır Sumqayıda seçiciləri ilə g...