Mövlud Çavuşoğlu Azərbaycana GƏLİR
Türkiyənin sabiq xarici işlər naziri, NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu Azərbaycana səfər edəcək.
BAKU.WS modern.az-a istinadən xəbər verir ki, o, 5-6 dekabr tarixlərində Qərbi Azərbaycan İcmasının beynəlxalq tədbirində iştirak edəcək.
Məlumatı Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli də təsdiqləyib. O qeyd edib ki, tədbirdə 51 ölkədən 700 nümayəndə heyətinin iştirakı gözlənilir.
"Burada Türkiyədən də Mövlud Çavuşoğlu, Türkiyə Böyük Millət Məclisinin deputatları Şamil Ayrım, Cantürk Alagöz və digərləri iştirak edəcəklər. Böyük nümayəndə heyətinin gəlişi gözlənilir. Burada Qərbi Azərbaycana qayıdış məsələsi müzakirə obyekti olacaq. Tədbir hər il dekabrın 5-də keçirilir. Çünki 5 dekabr bizim Qərbi Azərbaycandan sonuncu dəfə deportasiya edildiyimiz tarixdir", - Əziz Ələkbərli bildirib.
Oxşar xəbərlər
Kritik qərar anı: Tehran son anda həmlə edəcək?
ABŞ Trampın İrana verdiyi 10 günlük vaxt bitir. Vaşinqtonun təbiri ilə desək, Tehran ya razılaşmaya gəlməli, ya da Hörmüz boğazını yenidən açmalıdır. BAKU.WS xə...