Moskvada insanların küçəyə çıxması qadağan edilir

Moskvada insanların küçəyə çıxması qadağan edilir
Siyasət 735

Mart ayının 30-dan etibarən yaşından asılı olmayaraq, Moskvanın bütün sakinləri üçün özünütəcrid rejimi tətbiq ediləcək.

BAKU.WS-in xəbər verir ki, bu barədə şəhərin meri Sergey Sobyaninin saytında məlumat verilib.

Məlumata əsasən, özünütəcrid rejimində yaş senzi nəzərə alınmayacaq.

Bu barədə şəhərin meri Sergey Sobyaninin saytında açıqlama paylaşılıb.

Rejimin şərtləri aşağıdakı kimidir:

- Mənzildən çıxmağa yalnız təcili tibbi yardım üçün müraciət edildikdə, həyat və sağlamlığa digər birbaşa təhdidlər halında icazə veriləcək.

- Dövlət və özəl sektorda çalışan şəxslərin ən vacib halda işə getmələri tövsiyə edilib.

- Şəhər sakinləri ən yaxın ərazidə işləyən mağaza və ya aptekdən alış-veriş edə biləcəklər.

- İnsanlar ev heyvanlarını yaşayış yerindən yüz metrdən çox olmayan məsafədə gəzdirə biləcəklər.

- Şəhər ərazisində insanların hərəkəti ciddi şəkildə məhdudlaşdırılacaq və yaşadıqları ərazidən müəyyən edilən məsafədən uzaq getmələri üçün xüsusi buraxılış icazəsi lazım olacaq. Buraxılış icazəsi hökumət tərəfindən təqdim ediləcək.

Son xəbərlər