Moskva-İstanbul reysi üzrə hərəkət edən təyyarədə bomba həyəcanı yaşandı
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Rusiyanın ən böyük Hava Yolları şirkətlərindən biri olan "Aeroflot"a aid "Boeing 737-800" tipli təyyarə İstanbula uçuş həyata keçirib.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, aviareysin reallaşdırıldığı vaxt təyyarədə bomba olduğu bildirilib.
Bu təyyarənin “Şeremetyevo” aeroportundan havaya qalxmasında bir müddət sonra baş verib.
Pilot dərhal bu barədə müvafiq qurumları məlumatlandırıb.
Təyyarə İstanbul Hava Limanına çatdıqdan sonra axtarış tədbirləri həyata keçirilib. Hava laynerində bombanın olması ilə bağlı yayılan məlumatın əsassız olduğu aşkara çıxıb.
Oxşar xəbərlər
Çində təyyarə qəzasında 10 saniyəlik sirr - YENİ DETALLAR - VİDEO
Çinin cənubunda dünən baş verən təyyarə qəzası ilə bağlı yeni təfərrüat üzə çıxıb. BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, mütəxəssislər hesab edirlər ki, h...