MN: "Anadolu Ankası - 2026" beynəlxalq təlimi uğurla başa çatıb
Türkiyənin Konya şəhərində keçirilən "Anadolu Ankası – 2026" ("Anatolian Phoenix – 2026") beynəlxalq axtarış-xilasetmə təlimi uğurla başa çatıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.
Bildirilib ki, bağlanış mərasimində çıxış edən təlim rəhbərləri icra olunmuş fəaliyyətlərin nəticələri və ümumi təhlili barədə iştirakçılara ətraflı məlumat veriblər.
Tədbir zamanı təlimin gedişatını əks etdirən statistik göstəricilər təqdim olunub, həmçinin beynəlxalq axtarış-xilasetmə təliminə həsr edilmiş qısa videoçarx nümayiş etdirilib.
Tədbirin sonunda iştirakçı heyətlər arasında qarşılıqlı hədiyyələr təqdim olunub.
Oxşar xəbərlər
Azərbaycan və Türkiyə hərbi təhsil sahəsində əməkdaşlığı müzakirə edib
Türkiyənin Milli Müdafiə Universitetinin (MMU) rektor müavini general-mayor Burhan Aktaşın rəhbərliyi ilə Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qü...