Minsk qrupunun 28 illik fəaliyyətsizliyi: Kaspşikin villası və dondurulmuş münaqişə
"Artıq tarixin arxivinə atılmış ATƏT-in Minsk qrupu 28 il fəaliyyət göstərdi. Əslində, bu fəaliyyət elə fəaliyyətsizliyin özü idi".
Baku TV-yə açıqlamasında bu sözləri millət vəkili Elman Nəsirov deyib.
O bildirib ki, Minsk qrupunun rəsmi missiyası Ermənistan-Azərbaycan münaqişəsini həll etmək olsa da, əsl niyyəti prosesi daimi etmək, yəni dondurmaq idi.
Politoloq Şəbnəm Həsənova isə mövzu ilə bağlı fikirlərini belə ifadə edib:
"Minsk qrupunun diplomatları bölgəyə faktiki olaraq turistik səfərlər edirdilər. Məsələn, Anjey Kaspşik orada özünə villa belə tikdirmişdi. Onlar öz vaxtlarını xoş keçirməyə, güzəranlarını yaxşılaşdırmağa çalışırdılar. Eyni zamanda, Azərbaycana daim belə bir fikir aşılayırdılar ki, münaqişənin heç bir halda hərbi həll variantı yoxdur".
Oxşar xəbərlər
44 günlük müharibədən antiterror tədbirlərinə qədər baş verənlər vahid prosesin ardıcıl mərhələləri idi - RƏY
Azərbaycanın müasir dövlətçilik tarixində 20 Sentyabr xüsusi siyasi və tarixi məna daşıyan gündür. BAKU.WS xəbər verir ki, bunu "Report"a Milli Məclisin deputat...