Millət vəkili qardaşının həbsi barədə xəbərdən danışdı

Millət vəkili qardaşının həbsi barədə xəbərdən danışdı
Siyasət 2533
 

Millət vəkili Məlahət İbrahimqızı (Həsənova) qardaşı Mehmandar Həsənovun Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılması barədə yayılan məlumata münasibət bildirib.

BAKU.WS-in məlumatına görə, M. İbrahimqızı APA-ya açıqlamasında bildirib ki, yayılan məlumat həqiqəti əks etdirmir: "Mənim qardaşım həbs edilməyib. Hazırda iş başındadır. Azərbaycanda mətbuat azaddır, lakin jurnalistlər xəbər yazanda dəqiqləşdirsələr, yaxşı olar. Bir daha qeyd edirəm ki, yayılan məlumatın heç bir əsası yoxdur. DTX-nin adından yalan informasiya yaymaq düzgün deyil".

Qeyd edək ki, "Musavat.com" xəbər saytı M. Həsənovun DTX əməkdaşları tərəfindən həbs edildiyi barədə məlumat yayıb. M. Həsənov "Sadaxlı" Gömrük Postunun rəisidir.

BAKU.WS

Son xəbərlər