Azərbaycanlı “canlı bomba” ilə bağlı yeni xəbər
Azərbaycanda və Türkiyədə yeni terror hadisələrinin planlaşdırılması barədə yayılan xəbərlərə Dövlət Təhlükəsizlik Xidməti münasibət bildirib.
BAKU.WS-in məlumatına görə, məsələ ilə bağlı lent.az Dövlət Təhlükəsizlik Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Arif Babayevlə əlaqə saxlayıb. DTX-ın sözçüsü bildirib ki, mətbuatda yayımlanan xəbərlər izlənilir:
" O, cümlədən yayılan bu xəbərdən də məlumatlıyıq. KİV-də yayılan bütün məlumatlarla bağlı araşdırma aparırıq”.
Xatırladaq ki, həmin məlumatda qeyd edilir ki, Rusiya Federasiyası pasportu daşıyan, Azərbaycan əsilli İsa Tupolov adlı daha bir terrorçu Suriyanın Rai bölgəsindədir. Həmin terrorçunun Türkiyə və Azərbaycanda terror hadisələrini planlaşdırdığı məlumatları var.
BAKU.WS
Oxşar xəbərlər
ABŞ Ankaradakı terror hadisəsini öncədən bilirmiş (FOTO)
ABŞ-ın Türkiyə səfirliyi Ankarada baş verən terror hadisəsindən iki gün öncə vətəndaşlarına xəbərdarlıq edib. BAKU.WS-in məlumatına görə, Amerika Birləşmiş Şt...