Dövriyyəyə yeni manat buraxılır? – Mərkəzi Bankdan rəsmi açıqlama (FOTO)
"Dövriyyəyə yeni manatın buraxılacağı haqda xəbərlər həqiqəti əks etdirmir".
BAKU.WS-in məlumatına görə, bunu axar.az Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyev sosial şəbəkələrdə dövriyyəyə yeni manatın buraxılması barədə yayılan xəbərlərə münasibət bildirərkən deyib.
MB sözçüsü bu barədə müzakirələrin belə getmədiyini qeyd edib: "Hətta yeni əsginazların "fotolarını” da dərc ediblər. Bütün bunlar yalan və əsassız xəbərlərdir, heç bir əsası yoxdur”.
Qeyd edək ki, sosial şəbəkələrdə və bəzi saytlarda yayılan xəbərlərdə yeni pulların Almaniyada çap ediləcəyi bildirilib və hətta yeni əsginazların fotoları da düzəldilib.
BAKU.WS
Oxşar xəbərlər
Mərkəzi Bank "1 dollar 2 manat olacaq" iddiasına cavab verdi
"Manatın məzənnəsinin növbəti dəfə devalvasiyası və 2 manat müəyyən olunacağı ilə bağlı 26-27 dekabr 2015-ci il tarixlərində - ötən şənbə və bazar günündə ictim...