Milli Şuranın Bakıda keçirdiyi mitinqdə 1200 nəfər iştirak edib
31
mar
2018
17:53
Bakı şəhər Baş Polis İdarəsi Milli Şuranın Bakıda keçirdiyi mitinqlə bağlı məlumat yayıb.İdarədən BAKU.WS-ə verilən olan məlumata görə, martın 31-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib. Saat 15.00-dan 17.00-dək davam edən toplantıda Azərbaycan Xalq Cəbhəsi, Müsavat və Azərbaycan Xalq partiyalarının, Müsəlman Birliyi, “NİDA” hərəkatlarının, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1200 (min iki yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.BAKU.WS
Oxşar xəbərlər
Müxalifətin mitinqi insidentsiz başa çatıb
Milli Şura və Müsavat Partiyasının Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul" stadionu) keçirdiyi birgə mitinq insiden...