Müxalifətin mitinqi insidentsiz başa çatıb
10
mar
2018
17:22
Milli Şura və Müsavat Partiyasının Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul" stadionu) keçirdiyi birgə mitinq insidentsiz başa çatıb.Bakı Şəhər Baş Polis İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, martın 10-da özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib: "Saat 15.00-dan 17.00-dək davam edən toplantıda Azərbaycan Xalq Cəbhəsi, Müsavat və Azərbaycan Xalq partiyalarının, Müsəlman Birliyi, “NİDA” hərəkatlarının, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1500 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb".BAKU.WS
Oxşar xəbərlər
Generaldan müxalifətin Bakıda keçiriləcək mitinqi ilə bağlı XƏBƏRDARLIQ
Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) Milli Şuranın martın 10-da keçirəcəyi mitinqlə bağlı xəbərdarlıq edib.BAKU.WS xəbər verir ki, İdarənin rəis müavini, polis...