Məhkəmədə "Ərin yoxdur, sən necə hamilə qaldın?" sualı...

22
may
2018
12:56
Bursada FETÖ/PYD-nin üzvü olmaqda günahlandırılaraq barələrində cinayət işi açılan ər-arvadın planı ifşa olub.BAKU.WS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumatına görə, düz 2 ildir Türkiyə hüquq mühafizə orqanlarından qaçmağı bacaran Metin T. ilə Rümeysa T. məhkəmə qərarı ilə fərari elan edilib.Qadın bu müddət ərzində həbsxanadan qurtulmaq və şərti cəza almaq üçün hamilə qaldıqdan sonra üzə çıxıb. Rumeysa məhkəmədə həyat yoldaşından xəbərsiz olduğunu, onun harada gizləndiyini bilmədiyini söyləyib. Hakim qadının hamiləliyinə işarə edərək, "2 ildir ərin yoxdur, sən necə hamilə qaldın? Uşaq kimdəndir?"- deyə soruşub. Hakimin sualından özünü itirən qadın belə cavab verib: "Uşağım ərim Mətindəndir. Bir gecə qəfildən gəldi".Məhkəmənin ardından Metin T. Bursa polisi tərəfindən saxlanılıb. Rümeysa T. isə yenidən qaçıb gizlənib.BAKU.WS

Oxşar xəbərlər
Azərbacyanda DƏHŞƏT: Direktor müavini 15 yaşlı şagirdini həyətin ortasında zorladı
Şamaxı rayonunda seksual xarakterli zorakılıq hadisəsi törətməkdə təqsirli bilinən 1988-ci il təvəllüdlü Elnur İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başa...
