Atalığından hamilə olan 12 yaşlı qız əməliyyat olunub: “Uşaq götürülüb”

Atalığından hamilə olan 12 yaşlı qız əməliyyat olunub: “Uşaq götürülüb”
Hadisə 14122
Balakəndə atalığından hamilə qalan 12 yaşlı qız bu gün əməliyyat olunub.BAKU.WS-in məlumatına görə, bunu AzNews.az-a açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kamalə Ağazadə bildirib. Onun sözlərinə görə, hazırda qız özünü yaxşı hiss edir:“Bir neçə dəqiqə bundan əvvəl qızın anası ilə danışdım. Anası bildirdi ki, sentyabrın 15-də qızın səhhəti qəfil ağırlaşıb. Qız özünü pis hiss edib. Yoxlama zamanı onun böyrəyində problem olduğu aşkarlanıb. Məhz bu səbəbdən qız bir necə saat bundan əvvəl əməliyyatdan çıxıb, uşağı götürüblər”.Bir neçə gün əvvəl 12 yaşlı qızla bağlı Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda konsilium keçirilib. Orada həkimlər qızın hamiləliyinin sona kimi davam etdirməsi və doğmağına qərar vermişdi.Qeyd edək ki, Balakən rayonunda 12 yaşlı uşaq atalığından hamilə qalıb. Qeyri-rəsmi nikahda yaşadığı qadının qızını zorlayaraq onu hamilə qoyan Şindiyev Elçin Qədir oğlu barəsində istintaq dövrü üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.BAKU.WS

Son xəbərlər