Atalığı tərəfindən hamilə qalan 12 yaşlı qızla bağlı qərar verildi – Uşaq doğulmalıdır
14
sen
2017
17:02
Həkimlər 12 yaşlı hamilə ana barəsində konsilium keçirib.BAKU.WS xəbər verir ki, bu barədə AzNews.az-a açıqlama verən Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, bu gün Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda 12 yaşlı qızla bağlı konsilium keçirilib:“Qərara alınıb ki, 26 həftəlik hamiləlik dövründə 12 yaşlı uşaqda heç bir pataloji hal müşahidə olunmur. Həm ana, həm də onun bətnindəki uşağın inkişafı normal səviyyədə gedir. Uşaq həftəlik nəzarətdə olmalıdır. 12 yaşlı qız uşağı doğmalıdır”.Qeyd edək ki, Balakən rayonunda 12 yaşlı uşaq atalığından hamilə qalıb. Qeyri-rəsmi nikahda yaşadığı qadının qızını zorlayaraq onu hamilə qoyan Şindiyev Elçin Qədir oğlu barəsində istintaq dövrü üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.BAKU.WS
Oxşar xəbərlər
Ögey atasının zorladığı və hamilə qalan 12 yaşlı qızla bağlı son qərarı kim verəcək?
Azərbaycanın rayonlarının birində cinsi təcavüz nəticəsində yeddi aylıq hamilə olduğu aşkarlanan 12 yaşlı qız həkim müayinəsindən keçirilir, rəsmilər deyirlər.H...