Məsud Pezeşkian İlham Əliyevlə Azərbaycan dilində danışdı: İranda müzakirələr yarandı
Ötən gün İran Prezidenti Məsud Pezeşkian Bişkekdə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı Azərbaycan dilində danışıb və bu da sosial şəbəkələrin farsdilli seqmentində tənqid dalğasına səbəb olub.
BAKU.WS xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verir.
Məlumata görə, "X" platformasında aktiv müzakirələr başlayıb. Bəzi farsdilli istifadəçilər Pezeşkianı beynəlxalq görüş zamanı ana dilindən istifadə etdiyinə görə tənqid edib və onun vəzifəsindən uzaqlaşdırılmasını tələb edən mesajlar dərc ediblər.
"Armor" adlı istifadəçi görüşdən kadrlar paylaşaraq yazıb:
"Cənab Pezeşkian, beynəlxalq görüşdə İranın nümayəndəsi qismində türk dilində danışmaqla səhv edirsiniz! İranın rəsmi dili fars dilidir. Hətta ali lider ərəb dilini mükəmməl bilməsinə baxmayaraq, ərəb ölkələrinin nümayəndələri ilə görüşlər zamanı fars dilində danışırdı. Türk dilində danışmaq lazım deyildi!"
Oxşar xəbərlər
Ərdoğan Putinə "Akkuyu" AES-i birlikdə istismara verməyi təklif edib
Rusiya və Türkiyə hər kəsə məlum olan "Akkuyu" atom elektrik stansiyası (AES) və digər elektrik stansiyaları da daxil olmaqla, irimiqyaslı birgə layihələrin həy...