Məsud Pezeşkian: "Azərbaycan bizə doğmadır"
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün İran Prezidenti Məsud Pezeşkian Zəncan əyalətinə səfəri zamanı Azərbaycanla münasibətlərə dair açıqlama verib.
"Azad İran" "Telegram" kanalı İran KİV-ə istinadən xəbər verir ki, bu yaxınlarda Bakıya səfəri ilə bağlı tənqidlərə sərt reaksiya göstərib.
"Azərbaycan bizə doğmadır! Necə olur ki, mən ora gedib heç bir razılaşma əldə edə bilməyim? Biz əlaqə qura bilmirik, amma İsrail bunu bacarır? Bacı-qardaşlarımızla düzgün və mehriban münasibət qura bilməməyimizdə problemin harada olduğunu görməliyik", - deyə, M.Pezeşkian bildirib.
İran prezidenti əlavə edib ki, əgər iki qonşu ölkə arasında münasibət qurulmursa, bunun məsuliyyəti İran tərəfinin üzərindədir:
"Əlaqə yaradılmayıbsa, günah bizdədir".
Oxşar xəbərlər
Alyona Əliyeva COP31-dən paylaşım edib
Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva rəsmi "Instagram" hesabında Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının T...