Məmmədyarov Mnatsakanyanla Nyu-Yorkda görüşəcək

23
sen
2019
09:27
Bu gün Nyu-Yorkda Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçiriləcək.BAKU.WS xəbər verir ki, görüşdə ATƏT-in Minsk Qrupu həmsədrləri - İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şaferin (ABŞ) də iştirakı nəzərdə tutulur.Qeyd edək ki, ötən gün xarici işlər naziri Elmar Məmmədyarov Nyu Yorkda ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb. Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar, eləcə də münaqişə zonasındakı vəziyyət və ümumilikdə, münaqişənin tənzimlənməsi üzrə həmsədrlərin gələcək fəaliyyət planları və perspektivləri müzakirə edilib.
Oxşar xəbərlər
Məmmədyarov Mnatsakayandan öncə həmsədrlərlə görüşdü
Xarici işlər naziri Elmar Məmmədyarov Vaşinqtonda ATƏT-in Minsk qrupu həmsədrləri Stefan Viskonti, Endryu Şöfer və İqor Popovla görüşüb.BAKU.WS xəbər verir ki,...
