Hikmət Hacıyev: Azərbaycan Cənubi Qafqazda ABŞ-nin etibarlı tərəfdaşıdır
Azərbaycan Cənubi Qafqaz regionunda ABŞ-nin etibarlı tərəfdaşıdır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "NewsMax"a müsahibəsində bildirib.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın Bakı və İrəvan arasında sülhə nail olmaq istiqamətindəki səyləri Cənubi Qafqazın strateji landşaftını dəyişib və Azərbaycanla ABŞ arasındakı münasibətlərdə yeni dövr açıb.
"Prezident Donald Tramp və Prezident İlham Əliyev Birləşmiş Ştatlar və Azərbaycan arasında strateji tərəfdaşlıqda yeni dövr təklif ediblər və ölkələr arasında strateji tərəfdaşlığa dair yeni memorandumun hazırlanması barədə razılığa gəliblər", - H.Hacıyev bildirib.
Oxşar xəbərlər
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər
Oktyabrın 12-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva Kamboca Krallığının birinci xanımı Piç Çanmoni ilə görüşüb. BAKU.WS xəbər verir ki, b...