Məmmədyarov Cavad Zəriflə son vəziyyəti müzakirə etdi
04
yan
2020
21:38
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla İran İslam Respublikasının xarici işlər naziri Cavad Zərif arasında telefon söhbəti olub.
BAKU.WS Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, nazirlər telefon danışığı zamanı bölgədəki son hadisələri və vəziyyətin gərginləşməsini müzakirə ediblər.
Azərbaycan bütün tərəfləri zorakılıqdan çəkinməyə və regional təhlükəsizliyi möhkəmləndirməyə sadiq qalmağa çağırır. E.Məmmədyarov general Qasim Süleymaninin həlak olması ilə əlaqədar İran İslam Respublikasının rəhbərliyinə və xalqına başsağlığı verib.
Oxşar xəbərlər
Məmmədyarov bu gün Mnatsakanyanla görüşəcək
Bu gün Slovakiyanın paytaxtı Bratislava şəhərində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyan arasında görüş olaca...