Məmmədyarov bu gün Mnatsakanyanla görüşəcək
 
                            
                            
                                04
                                dek
                            
                                2019
                                09:53
                            
                            Bu gün Slovakiyanın paytaxtı Bratislava şəhərində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyan arasında görüş olacaq.
BAKU.WS report-a istinadən xəbər verir ki, görüş ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə keçiriləcək.
Tərəflər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini müzakirə edəcəklər.
Qeyd edək ki, dekabrın 3-də Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Slovakiyanın Bratislava şəhərinə yola düşüb. Səfərdə məqsəd ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 26-cı görüşündə iştirak etməkdir.
Oxşar xəbərlər
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşəcəyi tarix açıqlanıb
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşəcəyi tarix açıqlanıb.Azərbaycan XİN-nin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, ATƏT-in Nazirlər Ş...
 
                     
                                             Haqqımızda
                        Haqqımızda
                     
                             
                     
                     
                     
                     
                    