Elmar Məmmədyarov Nalbandyanla görüşəcək
05
sen
2016
18:10
"Sentyabrda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan arasında görüş planlaşdırılıb".
"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Daşnaksyutun Partiyasının siyasi məsələlər üzrə ofisinin başçısı Kiro Manoyan sentyabrın 5-də keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, görüş BMT Baş Assammbleyasının sentyabrda olacaq sessiyası çərçivəsində keçiriləcək: "Görüşdə ATƏT-in Mİnsk Qrupunun həmsədləri, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri iştirak edəcək".
BAKU.WS
Oxşar xəbərlər
Prezidentlərin növbəti görüş yeri
Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sarkisyanın növbəti görüşü Fransada baş tuta bilər. ANS PRESS-in məlumatına görə, bunu Fransa stratej...