Mədət Quliyev tanınmış jurnalistə yüksək VƏZİFƏ VERDİ
02
avq
2019
12:03
Müdafiə Sənayesi Nazirliyinin İnformasiya Texnologiyaları Şöbəsinin müdiri vəzifəsinə təyinat olub.BAKU.WS APA-ya istinadən xəbər verir ki, Müdafiə Sənayesi naziri Mədət Quliyevin əmri ilə bu vəzifəyə tanınmış jurnalist Yaşar İsakov təyin edilib.Y. İsakov bu təyinata qədər müxtəlif vəzifələrdə çalışıb.O, müxtəlif qəzet və saytlarda işləyib, o cümlədən "Press24.az" saytının, "Birja plyus", "Yejenedelnik" qəzetlərinin, "Bona Mente" jurnalının baş redaktoru olub.Bundan başqa, Y. İsakov Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, Bakı Beynəlxalq Avtovağzalının mətbuat xidmətinin rəhbəri, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsinin rəis müavini vəzifələrində çalışıb.
Oxşar xəbərlər
Mədət Quliyevdən yeni təyinatlar - SİYAHI
Müdafiə Sənayesi Nazirliyində (MSN) struktur dəyişikliyi aparılıb və yeni kadr təyinatları olub.BAKU.WS report-a istinadən xəbər verir ki, nazir Mədət Quliyevin...