MDB-də 2028-ci il Sosial inkişaf və həyat keyfiyyəti ili elan edilib

MDB-də 2028-ci il Sosial inkişaf və həyat keyfiyyəti ili elan edilib
Siyasət 9

MDB-də 2028-ci il Sosial inkişaf və həyat keyfiyyəti ili, 2029-cu il isə Nəqliyyat əlaqəliliyi ili elan edilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, müvafiq qərarlar oktyabrın 9-da MDB Dövlət Başçıları Şurasının iclasında qəbul edilib.

2028-ci ilin Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilməsi təşəbbüsü Qırğızıstanın Əmək, Sosial Təminat və Miqrasiya Nazirliyinə məxsusdur.

Onun həyata keçirilməsi əhalinin sosial dəstəyi sahəsində Birlik dövlətlərinin qarşılıqlı fəaliyyətinin möhkəmləndirilməsinə, əmək bazarında fəal tədbirlərin inkişaf etdirilməsinə, vətəndaşların rifahının və həyat keyfiyyətinin yüksəldilməsinə yönəlib.

2028-ci il ərzində davamlı sosial inkişafa və həyat keyfiyyətinin yüksəldilməsinə kömək etməyə yönəlmiş tədbirlərin keçirilməsi planlaşdırılır. Onlar sosial-əmək sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsini, pilot layihələrin həyata keçirilməsini, əhalinin sosial dəstəyi üzrə ən yaxşı təcrübələrin yayılmasını, eləcə də hüquqi, sosial-iqtisadi və demoqrafik siyasət məsələləri üzrə beynəlxalq forumların və dialoq meydançalarının keçirilməsini nəzərdə tutur.

XƏBƏR YENİLƏNİR

Son xəbərlər