Mayın 21-də Macarıstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşü keçiriləcək

Mayın 21-də Macarıstanda Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Macarıstan nümayəndəliyinin icraçı direktoru Balazs Hendrich Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə Türkçülük Günü münasibətilə keçirilən "Dildə, Fikirdə, Əməldə Birlik: Türk Dünyasının Gələcəyi"" adlı panel iclasında deyib.
O qeyd edib ki, bu zirvə də daxil olmaqla qarşıdakı görüşlər ortaq gələcəyi formalaşdırmaq və yeni təşəbbüslərə start vermək baxımından həlledici rol oynayacaq:
"Macarıstanın bu proseslərdə fəal iştirakı eyni zamanda məsuliyyətli imkan kimi dəyərləndirilmişdir. Səylərimizi TDT-nin strategiyaları ilə uyğunlaşdıraraq bölgələr arasında azad ticarət və investisiyanı təşviq edə, innovasiya və rəqəmsal tərəfdaşlıqları inkişaf etdirə, daha yaxşı gələcək üçün dayanıqlı yaşıl siyasətləri irəli apara, mədəni və mənəvi bağlarımızı möhkəmləndirə bilərik.
TDT sadəcə bir ittifaq deyil. Bu, tarix, dil və ortaq dəyərlərlə birləşən xalqlar ailəsidir. Birliyimiz müxtəlifliyimizi aradan qaldırmır, əksinə, onu ortaq tərəqqi naminə dəyərləndirir. Macarıstan bu ortaq yolun bir hissəsi olmaqdan qürur duyur".

Oxşar xəbərlər
Netanyahunun Azərbaycana səfəri təxirə salındı
İsrailin Baş naziri Benyamin Netanyahu Azərbaycana səfərini təxirə salıb. BAKU.WS "The Times of Israel" qəzetinə istinadən xəbər verir ki, bu barədə Baş nazirin...