Matviyenko Polad Bülbüloğlunu Federasiya Şurasının ali mükafatı ilə təltif edib
17
mar
2025
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycanın Rusiyadakı keçmiş səfiri, Milli Məclisin deputatı Polad Bülbüloğlunu Federasiya Şurasının ən ali mükafatı ilə təltif edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, Matviyenko deputata mükafatı Bakıda Parlamentlərarası Əməkdaşlıq Komissiyasının 22-ci iclasının açılış mərasimində təqdim edib.
Onun sözlərinə görə, P.Bülbüloğlu Azərbaycan və Rusiya arasında münasibətlərin inkişafına verdiyi əvəzsiz töhfəyə görə bu mükafatla təltif edilib.
Oxşar xəbərlər
Pezeşkian niyə Pişəvəriyə bənzədilir?
İranda ana dilində təhsil məsələsi yenidən siyasi və ictimai müzakirələrin mərkəzinə qayıdıb. BAKU.WS xəbər verir ki, bu barədə "Azad İran"ın Youtube kanalında...