Maliyyə Sabitliyi Şurasının sədri dəyişdirilib - SİYAHI
25
dek
2018
21:02
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 iyul tarixli 995 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb. BAKU.WS-in məlumatına görə, fərmanla Azərbaycan Respublikası Maliyyə Sabitliyi Şurasının (bundan sonra – Şura) aşağıdakı tərkibi təsdiq edilib:Şuranın sədriAzərbaycan Respublikası Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi – şöbə müdiriŞuranın üzvləriAzərbaycan Respublikası Prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi – şöbə müdiriAzərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisiAzərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisiAzərbaycan Respublikasının maliyyə naziriAzərbaycan Respublikasının iqtisadiyyat naziriAzərbaycan Respublikası Mərkəzi Bankının sədriAzərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə heyətinin sədriAzərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoruAzərbaycan Respublikası Birinci vitse-prezidentinin Katibliyi Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasında təmsil olunacaq Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçiləri barədə təkliflərini Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasına təqdim etməlidir.Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb. Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.Qeyd edək ki, 15 iyul 2016-cı ildə yaradılan Maliyyə Sabitliyi Şurasının sədri Baş nazir Novruz Məmmədov, Şuranın üzvləri Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi - şöbə müdiri Natiq Əmirov, maliyyə naziri Samir Şərifov, iqtisadiyyat naziri Şahin Mustafayev, Mərkəzi Bankının sədri Elman Rüstəmov, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov olub.BAKU.WS
Oxşar xəbərlər
Prezident Mikayıl Cabbarova daha bir vəzifə verdi - SƏRƏNCAM
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası Vergilər Nazirliyi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Re...