Makronun “açıq-saçıq” fotosu gündəm oldu - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Aprelin 24-də Fransada keçiriləcək prezident seçkilərinin ikinci turu öncəsi Emmanuel Makron və Marin Le Pen təbliğat kampaniyalarını tam sürətlə davam etdirirlər.
“Haber Global” xəbər verir ki, son rəy sorğularına görə, Makron Le Peni az fərqlə qabaqlayır.
Diqqətini daha az səs topladığı bölgələrdə cəmləşdirən 44 yaşlı Makronun həftəsonu çəkdirdiyi foto ölkədə müzakirələrə səbəb olub.
Seçki kampaniyasının gedişində dincələn zaman çəkilən fotoda Fransa liderinin köynəyinin yuxarı düymələri açıq qalıb. Prezidentin rəsmi fotoqrafı tərəfindən çəkilmiş fotoşəkillərdə Makronun sinəsi görünür ki, bu da sosial mediada birmənalı qarşılanmayıb.
Siyasi analitiklərin fikrincə, dövlət başçısının bu obrazı gənc seçicilər arasında Le Penə dəstəyin artması ilə bağlıdır.
Oxşar xəbərlər
Marin Le Pen prezident seçiləcəyi təqdirdə Fransanı NATO-dan çıxaracağını bəyan etdi
Fransa prezidentliyinə namizəd olan Marin Le Pen seçkilərdə qələbə qazanacağı təqdirdə hədəfinin Fransa ordusunun NATO-dan çıxarmaq olduğunu bəyan edib. BAKU.WS...