Marin Le Pen prezident seçiləcəyi təqdirdə Fransanı NATO-dan çıxaracağını bəyan etdi

Marin Le Pen prezident seçiləcəyi təqdirdə Fransanı NATO-dan çıxaracağını bəyan etdi
Siyasət 147

Fransa prezidentliyinə namizəd olan Marin Le Pen seçkilərdə qələbə qazanacağı təqdirdə hədəfinin Fransa ordusunun NATO-dan çıxarmaq olduğunu bəyan edib.

BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, o, fransız qoşunlarını NATO-nun birgə komandanlığına və ya gələcək Avropa komandanlığına ötürməyəcəyini vurğulayıb.

“Əgər prezident seçilsəm, NATO-nun birləşmiş komandanlığından istefa verəcəm, lakin qarşılıqlı müdafiə ilə bağlı 5-ci maddədən imtina etməyəcəyəm” – deyə sağçı namizəd bəyan edib.

Onun sözlərinə görə, Fransa ABŞ-ın protektoratına tabe olmayacaq.

“Ukraynada müharibə bitəndə və sülh bərqərar olanda mən NATO ilə Rusiyanın strateji yaxınlaşmasının tərəfdarı olacağam. Bu həm Avropanın, həm də ABŞ-ın maraqlarına uyğundur”, - deyə Marin Le Pen vurğulayıb.

Son xəbərlər