“Exit-poll”: Makron kiçik fərqlə Le Pendən öndədir
10
apr
2022
21:46
Fransada prezident seçkilərinin birinci turunda Emmanuel Makron və Marin Le Pen öndədir.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Belçikanın “LaLibre” nəşri əldə etdiyi exit-poll məlumatlarına istinadən məlumat yayıb.
Belə ki, son məlumatlara görə, Makron 24,7 faiz, Le Pen 23,5 faiz səs toplayır.
Qeyd edək ki, Fransa seçiciləri ölkə prezidentliyinə 12 namizəddən birinə səs verirlər. Ölkənin 49 milyondan çox vətəndaşının səsvermə hüququ var.
Fransada səsvermə bitməmiş sorğuların dərcinə qadağa qoyulub. Bunun üçün cəza 75.000 avrodur.
Oxşar xəbərlər
Makron xalqını təhqir etdi: “Dərisi ağ olmayan bu insanlar…”
Fransa Prezidenti Emmanuel Makron ölkə gündəmi ilə əlaqədar açıqlamalar verib. BAKU.WS teleqraf.com-a istinadən xəbər verir ki, Parisin “Respublika” Meydanında...