Gürcüstan parlament seçkilərində səsvermə proseduru başa çatıb
Gürcüstanda yerli vaxtla saat 20:00-da parlament seçkilərində səsvermə proseduru başa çatıb.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, seçki məntəqələri bütün ölkə üzrə bağlanıb.
Koronavirus pandemiyası şəraitində seçkilər epidemioloqlar tərəfindən hazırlanmış xüsusi qaydalara əsasən keçirilib.İlkin məlumatlara əsasən, Gürcüstanda bugünkü parlament seçkilərində seçici fəallığı 56,11% təşkil edib.Səsvermə prosesində ən yüksək seçici aktivliyi Raça-Leçxumi və Svaneti regionunda (63,8%), ən aşağı aktivlik isə Kvemo Kartlidə (51%) qeydə alınıb.
Qeyd edək ki, “exit-poll”unun nəticələrinə əsasən “Gürcü Arzusu” partiyası parlament seçkilərində seçicilərin 46 faizinin etimadını qazanıb.Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası “exit-poll” məlumatları açıqlandıqdan dərhal sonra qələbələrini qeyd etməyə başlayıblar.
Oxşar xəbərlər
Gürcüstanda hakim “Gürcü arzusu” Partiyasının ofisində atışma: yaralılar var
Gürcüstanın hakim “Gürcü arzusu” partiyasının Dmanisidə (Kvemo Kartli regionu) yerləşən ofisində atışma baş verib. BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu...