Bakıdakı fransızların ən çox səs verdiyi namizəd bəlli oldu
Aprelin 10-da Fransada keçirilən prezident seçkiləri ilə əlaqədar Azərbaycandakı Fransa vətəndaşları üçün Bakıda açılmış səsvermə məntəqəsində qeydə alınan səsvermə nəticəsi açıqlanıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Azərbaycanda qeydiyyatda olan 189 fransız seçicidən 101 (53,44 %) nəfəri səsvermədə iştirak edib.
Ən çox səs toplayan namizəd hazırkı prezident, mərkəzçi Emmanuel Makron olub. O, 34 səs (34,34 %) yığıb.
Sol qanadın namizədi Jan-Luk Melenşon səslərin 25.25%-ni toplayıb. Belə ki, ona 25 seçici səs verib.
İfrat sağçı təmsilçisi Erik Zemmoura isə 10 seçici (10,10 %) səs verib.
Mari Le Pen 8 səs (8,08 %) toplayıb.
Natali Arthaud və Jan Lassalle hər biri 1 səs (1.1%), Fabien Roussel və Valerie Pekresse hər biri 3 səs (3,03 %), Anne Hidalqo 2 səs (2.2%), Yannik Yadot 8 səs (8.08%), Nikolas Dupont-Aignan 4 səs (4.04) toplayıb.
Bakıda Filip Potouya isə heç bir Fransa vətəndaşı səs verməyib.
Oxşar xəbərlər
Emmanuel Makron liderliyini qoruyur
Fransanın hazırkı prezidenti Emmanuel Makron səslərin 90 faizinin hesablanmasından sonra prezident seçkilərinin birinci turunda 27,40 faiz səslə liderdir. BAKU....