İlon Mask dünyanın ən zəngin adamı titulunu itirib
“Amazon”un qurucusu Ceff Bezos yenidən dünyanın ən varlı adamları reytinqinə başçılıq edib.
BAKU.WS xəbər verir ki, bu barədə məlumat “Bloomberg Billionaires Index”də yer alıb.
Son səkkiz ay ərzində bu titul “Tesla”, “SpaceX” və X sosial şəbəkəsinin (Twitter) sahibi İlon Maska məxsus idi.
Bezosun sərvəti martın 5-nə 200 milyard dollar, Maskınki isə 198 milyard dollar olaraq qiymətləndirilir.
Reytinq liderinin dəyişməsi “Tesla”nın səhmlərinin bir gün əvvəl şirkətin elektrikli avtimobil satışlarının azalması xəbəri fonunda 7,5%-dən çox ucuzlaşmasından sonra baş verib.
Dünyanın ən varlı adamları siyahısında üçüncü yeri 197 milyard dollarla LVMH qrupunun sahibi Bernard Arno tutur.
Sonra sərvəti 179 dollarla qiymətləndirilən Meta şirkətinin rəhbəri Mark Zukerberq gəlir. İlk beşliyi 150 milyard dollar kapitalla “Microsoft”un yaradıcısı Bill Qeyts qapayır.
Oxşar xəbərlər
Mask ən varlılıların siyahısına yenidən başçılıq edir
Amerikalı sahibkar və iş adamı İlon Mask 2023-cü ildə 95,4 milyard dollar qazanıb və dünyanın ən varlı adamı olub. Bu barədə "Bloomberg" məlumat yayıb. Agentliy...