İlham Əliyevdən Gəncədə həlak olan polislərlə bağlı SƏRƏNCAM
13
iyl
2018
16:25
Azərbaycan prezidenti İlham Əliyev Daxili İşlər Nazirliyinin əməkdaşlarının “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.BAKU.WS xbər verir ki, 2018-ci il iyulun 10-da Gəncə şəhərində ictimai asayişi kobud şəkildə pozmaq cəhdinin qarşısının alınması zamanı cəsarət və polis andına sonadək sadiqlik nümayiş etdirərək qəhrəmancasına həlak olmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı əməkdaşları “Azərbaycan Bayrağı” ordeni ilə təltif ediliblər:İlqar Məmməd oğlu Balakişiyev - polis polkovniki (ölümündən sonra)Səməd Yunis oğlu Abbasov - polis polkovnik-leytenantı (ölümündən sonra).BAKU.WS
Oxşar xəbərlər
Gəncədə şəhid olan İlqar Balakişiyev kimdir?
Xəbər verdiyimiz kimi, ötən gün saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasını...