İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib
26
fev
2019
17:17
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.Prezidentin Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, dövlətimizin başçısı Prezident Rəcəb Tayyib Ərdoğana ad günü münasibətilə təbriklərini çatdırıb, qardaş Türkiyənin inkişafı naminə ona yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.Türkiyə Prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə təşəkkür edib.Eyni zamanda Prezident Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımı zamanı ermənilərin günahsız insanların qətlə yetirilməsini bir daha pisləyərək, bu faciə ilə bağlı Azərbaycan Prezidentinə və xalqımıza başsağlığı verib.Dövlətimizin başçısı başsağlığına görə minnətdarlığını bildirib.Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliklərini ifadə ediblər.BAKU.WS
Oxşar xəbərlər
Ərdoğan İlham Əliyevə zəng etdi
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.Azərbaycan Prezid...