İlham Əliyev hərbi qulluqçuları təltif etdi - SİYAHI

İlham Əliyev hərbi qulluqçuları təltif etdi - SİYAHI
Siyasət 1348
Prezident İlham Əliyev Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbə verilməsi haqqında sərəncam imzalayıb.Sərəncama əsasən, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları - polkovnik Şahvələd İsmayıl oğlu Əliyev və polkovnik Yusif Həsən oğlu Mirzəyevə general-mayor ali hərbi rütbəsi verilib.Dövlət başçısının digər sərəncamı ilə xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif ediliblər:3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni iləTağıyev Elmar Əli oğlu – polkovnik-leytenant“Hərbi xidmətlərə görə” medalı iləBabazadə Əjdər Yəhya oğlu – polkovnik-leytenantƏhmədov Elşad Təşkilat oğlu – polkovnik-leytenantMəmmədov Bəxtiyar İbrahim oğlu – polkovnik-leytenantNəbiyev Əfran Xanəli oğlu – polkovnik-leytenantƏliyev Vüsal Akif oğlu – mayorHəsənov Nicat Zəfər oğlu – mayorƏsədullayev Vilayət Fətulla oğlu – kapitanSadıqova Ülviyyə Məhərrəm qızı – ədliyyə baş leytenantı.BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər