İlham Əliyev 2 yaşlı Zəhradan YAZDI - FOTO
Dünya ictimaiyyəti günahsız insanların qətlinə göz yummamalıdır.
BAKU.WS-in məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev "Twitter" səhifəsində yazıb.
Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.
Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.
1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.
Oxşar xəbərlər
Leyla Əliyeva Zəhradan yazdı (FOTO)
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ermənilər tərəfindən iki yaşlı Zəhranın ölümünü görə baş sağlığı verib. BAKU.WS-in məlumatına görə, Leyl...