Ermənilərin Füzulidə kəndi atəşə tutması nəticəsində ölənlər nənə və nəvədir

Ermənilərin Füzulidə kəndi atəşə tutması nəticəsində ölənlər nənə və nəvədir
Hadisə 2114
 

Erməni silahlı bölmələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində ölənlər nənə və nəvədir.

BAKU.WS-in məlumatına görə, Alxanlı kənd ərazi nümayəndəsi İlham İsrafilov APA-nın Qarabağ müxbirinə bildirib ki,  kəndin axşam saatlarında artilleriya qurğularından və digər ağır silahlarından intensiv atəşə tutulması zamanı mərmilərdən biri kənd sakini Salman Quliyevin evinin həyətinə düşüb.

Partlayış nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Onların qohumu, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.  

Yaralı xəstəxana çatdırılıb.

Azərbaycan Ordusu cavab atəşi ilə düşmən susdurulub.

BAKU.WS

Oxşar xəbərlər

Ermənilərin Alxanlıya hücumu ilə bağlı RƏSMİ AÇIQLAMA

Ermənilərin Alxanlıya hücumu ilə bağlı RƏSMİ AÇIQLAMA

Ermənistan ordusunun Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması və dinc sakinlərin həlak olması ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi təcili məlumat yayıb....

3712 Siyasət 23:02 04 iyul 2017

Son xəbərlər