İlham Əliyev Şinzo Abeyə başsağlığı verib

İlham Əliyev Şinzo Abeyə başsağlığı verib
Siyasət 201
Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın Baş Naziri Zati-aliləri cənab Şinzo Abeyə başsağlığı verib.BAKU.WS xəbər verir ki, məktubda aşağıdakılar qeyd olunub:“Hörmətli cənab Baş Nazir,Ölkənizdə baş vermiş “Hagibis” tufanı nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Yaponiya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”.

Son xəbərlər