İlham Əliyev: Qlobal Bakı Forumu dünya gündəmində yer alan problemlərin həllinə töhfə verəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Qlobal Bakı Forumunda aparılacaq müzakirələr və fikir mübadilələri dünya gündəmində yer alan ən mühüm problemlərin araşdırılmasına və həllinə töhfə verəcək.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda Bakıda işə başlayan Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında deyib.
Dövlət başçısı bildirib ki, forumda qlobal gündəmi təşkil edən prioritet mövzularla bağlı müzakirələr aparılacaq, yeni yanaşmalar işlənib hazırlanacaq. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran beynəlxalq mərkəzə çevrilib.
Oxşar xəbərlər
İlham Əliyev VIII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak etdi - TAM MƏTN
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə noyabrın 4-də “COVID-19-dan son...