Laricani: Dağlıq Qarabağ münaqişəsini nizamlamaq üçün...
İran Dağlıq Qarabağ münaqişəsi tərəflərini regionda müharibəyə yol verməməyə çağırır. Trend-in məlumatına görə, bunu İran parlamentinin spikeri Əli Laricani TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində deyib.
O bildirib: "Biz hər zaman azərbaycanlı və ermənistanlı tərəfdaşlarımıza tövsiyə edirik ki, regionda yeni müharibənin yaranmasına yol verməsinlər, çünki müharibənin nəticələri çox ağrılı olacaq. İranın Müdafiə Nazirliyi Bakı, Yerevan və Moskvadakı həmkarları ilə artıq əlaqə saxlayıb".
Ə.Laricani qeyd edib ki, bu münaqişəni siyasi yolla nizamlamaq üçün səylər göstərmək lazımdır.
BAKU.WS
Oxşar xəbərlər
Jirinovski: "Ermənistan bunu etsə, Azərbaycan müharibəyə başlayacaq" (VİDEO)
"Dağlıq Qarabağ münaqişəsini həll etmək istəyiriksə, Türkiyə amilini nəzərə almalıyıq. Bu amili əsla yaddan çıxarmaq olmaz. Ermənilər də anlamalıdırlar ki, Ermə...