Kurskda gedən döyüşlərdə aktyor Şişovun ölümünün TƏFƏRRÜATI - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinə qarşı döyüşlərdə həlak olan aktyor Yevgeni Şişov döyüş bölgəsinə könüllü olaraq qatılıb.
Bu barədə "Shot" teleqram kanalı məlumat yayıb.
Məlumata görə, “Nevski və dəniz şeytanları” serialının ulduzu döyüş bölgəsindən təxliyə zamanı ölümcül yaralanıb.
Qeyd olunur ki, Şişov 2024-cü ilin fevralında Rusiya ordusunun sıralarına daxil olub. Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə daxil olmasından sonra o, avqustun 18-də ora köçürülüb, qəlpə yaraları alıb. Rusiyalı aktyor xəstəxanaya aparılarkən dünyasını dəyişib.
Bildirilir ki, sənətçinin cəsədi hazırda Rostovdadır və onun Rusiya Federasiyasında 15 yaşlı qızı qalıb.
Qalereya
Oxşar xəbərlər
Rusiyalı aktyor Kurskda gedən döyüşlərdə həlak olub
Rusiyalı aktyor Yevgeni Şişov Kursk vilayətində gedən döyüşlərdə həlak olub. 42 yaşlı aktyorun ölüm xəbərini "Kino-Teatr.ru" saytı xəbər verib. Sankt-Peterburqd...