Zelenski: Rusiya ölkəmizə müharibə gətirib, indi isə nə etdiyini hiss etməlidir
Ukrayna Prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətinə hücumu fonunda Rusiyanın da müharibəni hiss etməli olduğunu bildirib.
“Report” xəbər verir ki, dövlət başçısı axşam videomüraciətində Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumunu birbaşa şərh etməsə də, Rusiyanın müharibəni Ukrayna torpağına gətirdiyini və “nə etdiyini hiss etməli” olduğunu deyib.
O həmçinin Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırskinin üç “səmərəli” məruzəsindən danışıb, ancaq təfərrüatları açıqlamayıb.
“Ukraynalılar öz məqsədlərinə necə çatacaqlarını bilirlər. Və müharibədə məqsədlərimizə çatmağı seçən biz deyildik. Rusiya torpağımıza müharibə gətirib və nə etdiyini hiss etməlidir”, – Ukrayna lideri vurğulayıb.
Xatırladaq ki, avqustun 6-da Ukrayna Silahlı Qüvvələri Rusiyanın sərhəddəki müdafiə xəttini yararaq Kursk vilayətinə soxulub və bir neçə kəndi ələ keçirib.
İndiyədək davam edən döyüşlərdə Rusiya ordusu qarşı tərəfi geriyə ata bilməyib. Bölgədə döyüş əməliyyatları zonasının 400 kvadrat kilometrdən artıq olduğu bildirilir.
Oxşar xəbərlər
Beş aylıq döyüşlər və ukraynalıların qətiyyətli müqaviməti: Baxmutda son vəziyyət necədir? - FOTO
Ukraynanın Donetsk vilayətinin Baxmut şəhəri hazırda cəbhənin ən qaynar nöqtəsidir. Amma bu, yalnız bu günün məsələsi deyil. Rusiya ordusu 5 aydan çoxdur şəhəri...