Kuleba Rusiyaya qarşı altıncı sanksiyalar paketinin təsdiqlənməməsindən məyusdur
Ukrayna Avropa İttifaqının Rusiyaya qarşı altıncı sanksiyalar paketinin tətbiqini hələ də təsdiqləməməsindən məyusdur.
BAKU.WS APA-ya istinadən xəbər verir ki bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Davosda keçirilən Dünya İqtisadi Forumunda deyib.
Ukrayna XİN başçısı deyib ki Macarıstan bu addıma “de-fakto” veto qoyur və sanksiyalar "havada asılı" qalıb.
Kuleba tərəfdaşlarına Kiyevin daha çox silaha ehtiyacı olduğunu vurğulayaraq deyib ki, Ukrayna və Rusiya orduları arasında ən böyük fərq məhz çoxtutulmalı raket sistemləri (MLRS) ilə bağlıdır.
O bildirib ki, əsas diqqət bu sistemlərin təminatına yönəldilməlidir.
Kuleba qeyd edib ki, Ukrayna bu silahları almaq üçün müxtəlif ölkələrlə danışıqlar aparır.
Oxşar xəbərlər
Ukraynadakı müharibə bizim müharibəmizdir - Britaniya XİN başçısından TARİXİ ÇIXIŞ
Böyük Britaniyanın xarici işlər naziri Liz Trass paytaxt Londonda ölkənin alyanslara və kollektiv təhlükəsizliyə yeni yanaşmasını təsvir edən tarixi əhəmiyyətə...