Avropa İttifaqının büdcəsinə veto qoyuldu
Avropa İttifaqının (Aİ) 2021-2027-ci illər üçün yeni büdcə layihəsi Polşa və Macarıstan tərəfindən veto qoyularaq əngəllənib.
BBAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Aİ-dəki mənbələr bildirib.
17-21 iyul tarixində keçirilən Aİ zirvə görüşü zamanı təşkilatın güzəştli büdcə planı 1 074,3 milyard avro, üzv ölkələrin iqtisadiyyatını bərpa etmək üçün isə 750 milyard avroluq büdcədənkənar fond təsdiqlənib.
Bu ayın əvvəlində Aİ həmin vəsaitləri ayrı-ayrı üzv ölkələr arasında bölüşdürərkən ilk dəfə qanunun aliliyi prinsipinə əməl edib-etməməsini rəhbər tutacaqlarını açıqlamışdı. Həmin prinsipin yozumu ilə bağlı Aİ ilə fikir ayrılıqları çıxan Polşa və Macarıstan da layihəyə veto qoyublar.
Oxşar xəbərlər
ABŞ-ın büdcə kəsiri ölkə tarixində yeni antirekord vurub
2020-ci maliyyə ili ərzində ABŞ-ın büdcə kəsirinin həcmi ÜDM-in 15,2%-ə çatıb. Bu, 1945-ci ildən bəri rekord göstəricidir. ABŞ-da maliyyə sentyabrın 30-da aşa ç...