Türkiyə ABŞ-ın təklifinə VETO qoydu - NATO-da hesablaşma
ABŞ NATO-nun hazırladığı “Türkiyənin müdafiə planı”nı YPG/PYD terrorçularına himayədarlıq etməsi səbəbindən dəstəkləməyib.
BAKU.WS İHA-ya istinadən xəbər verir ki, həmin müdafiə planında Türkiyəyə istiqamətlənmiş təhlükələr sırasında YPG/PYD də olduğu üçün ABŞ bu təklifə qarşı çıxıb.
Türkiyə də buna cavab olaraq ABŞ-ın Baltik ölkələri və Polşa ilə bağlı təhlükəsizlik planına veto qoyub.
Türkiyə diplomatic korpuslarında bildirilib ki, ABŞ-ın hazırladığı təklifə müsbət cavab verilməsini istəyənlər Türkiyənin təhlükəsizliyi məsələsinə də müsbət cavab verməlidirlər.
Məsələ ilə bağlı NATO baş katibi Yens Stoltenberq tərəflər arasında ortaq yol tapmağa çalışır.
Qeyd edək ki, NATO ölkələri Polşa, Litva, Latviya və Estoniyaya qarşı Rusiya tərəfindən ər hansı hücum olacağı təqdirdə bu ölkələri müdafiə etmək üçün hərbi plan həyata keçirmək istəyir. Bu məsələ isə Rusiyanın Krımı təktərəfli olaraq ilhaq etməsindən sonra ortaya çıxıb. ABŞ-ın təklif etdiyi layihə də Türkiyənin təsdiqi olmadan həyata keçirilə bilməz.
Oxşar xəbərlər
NATO kosmosda operativ fəaliyyət göstərəcək
Şimal Atlantika Alyansı kosmosa silah çıxarılmadan fəzada operativ fəaliyyətə başlamaq barədə qərar qəbul edib. BAKU.WS "report"a istinadən xəbər verir ki, bu b...